Hadisə

Şəmkirdə qəza: ölən və yaralananlar var

21 mart / 12:12 1 dəq
Qəza
21 mart / 12:12
Burada sizin reklamınız ola bilər

Şəmkirdə iki avtomobilin toqquşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

 

“Qərb Xəbər” məlumat verir ki, iki avtomobilin toqquşması nəticəsində, 1964-cü il təvəllüdlü Hüseynova Şəmsiyə Kamil qızı hadisə yerində dünyasını dəyişib, daha altı nəfər, Qazax rayon sakinləri – Turac Kosayeva (1985-ci il təvəllüdlü) və Elxan Kosayev (1985), həmçinin Şəmkir rayon sakinləri – Günay Məmmədzadə (1889), Ülvi Məmmədzadə (1986), Qumru Sultanova (1998) və Nərgiz Məmmədzadə (2017) xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, Kosayevlər bir ailənin, digər xəsarət alanlar və ölən şəxs isə başqa ailənin üzvləridirir.

Faktla bağlı araşdırmalara başlanılıb.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər