Sosial

Tətil günlərində hava necə olacaq? – PROQNOZ

19 mart / 15:22 2 dəq
HAVA
19 mart / 15:22
Burada sizin reklamınız ola bilər

Bakıda və Abşeron yarımadasında bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb.

 

”Qərb Xəbər” məlumat verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, martın 20-də havanın arabir yağıntılı olacağı gözlənilir.

Abşeron yarımadasının bəzi ərazilərində sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, axşam yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcək. Havanın temperaturu gecə və gündüz 2-5° isti olacaq.

Martın 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək, səhər şimal-şərq küləyi 8-13 m/s. Havanın temperaturu gecə 1-3° isti, gündüz 6°-dək isti olacaq.

Martın 22-də havanın Arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal küləyi 10-15 m/s, gündüz arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 6°-dək isti olacaq.

Martın 23-də Dəyişkən buludlu hava gözlənilir, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi 15-20 m/s-dək güclənəcək, gündüz şimal-şərq küləyi 8-13 m/s. Temperatur gecə 2-4° isti, gündüz 6-8° isti olacaq.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər