Siyasət

ABŞ müdafiə naziri türk dövlətlərinə təşəkkür edib

18 mart / 15:23 1 dəq
Lloyd oustin
18 mart / 15:23
Burada sizin reklamınız ola bilər

ABŞ-da keçirilən Novruz tədbirində müdafiə nazirinin köməkçisinin müavini Rebekka Zimmerman müdafiə naziri Lloyd Ostinin adından Novruz təbriklərini çatdırıb.

 

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

O, bu il region ölkələri ilə diplomatik və müdafiə sahəsində münasibətlərin 30 illiyinin qeyd edilməsinə diqqət çəkib, regional əməkdaşlığın gücləndirilməsi, sülh və sabitliyin təşviq edilməsində töhfələri yüksək qiymətləndirib.

O, 20 il ərzində ABŞ-ın Əfqanıstanın stabilliyi və hərbi əməliyyatları zamanı Əfqanıstanın stabilliyinə dəstək verən Mərkəzi Asiya ölkələri və digər tərəfdaş türk dövlətlərinə təşəkkürünü bildirib. R.Zimmerman indi hər zamankından daha çox ədalət və sülh üçün birliyə ehtiyac olduğunu vurğulayıb.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər