Siyasət

Zaur Darğallı mer seçilib – Nəticələr

20 may / 10:05 1 dəq
5257e8cfc80a6f576df5cf0ef486e077
20 may / 10:05
Burada sizin reklamınız ola bilər

Mərkəzi Seçki Komissiyası Marneuli rayonunda 90 seçki məntəqəsinin hamısı üzrə nəticələri elan edib.

Hakim “Gürcü Arzusu” partiyasının namizədi Zaur Darğallı səslərin 78,6%-ni əldə edərək Marneulinin meri seçilib.

Müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Aqil Mustafayev 11,49%,

Müxalif “Avropalı Gürcüstan” partiyasının namizədi Əhməd İmamquliyev 7,54%,

Müstəqil namizəd Əli Bədirov isə 1,21% səs toplayıb.

Qeyd edək ki, ötən gün Marneulidə keçirilmiş seçkilərdə rayon rəhbəri vəzifəsi uğrunda 15 namizəd mübarizə aparıb. Rayonda seçici fəallığı 35,82% təşkil edib.

Paylaş
Burada sizin reklamınız ola bilər