Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
İqtisadiyyat

Fermerlərin bazarlara çıxışı sadələşdiriləcək

19 may / 12:12 3 dəq
agriculture
19 may / 12:12
Burada sizin reklamınız ola bilər

Dövlət Aqrar Ticarət Şirkəti Azərbaycanda “yaşıl bazarlar” yaratmaq, yarmarkalar keçirmək, treninqlər və digər təşəbbüslər vasitəsilə fermerlərə dəstəyi genişləndirməyi planlaşdırır.

Bunu müsahibəsində şirkətin direktoru Leyla Məmmədova deyib.

O bildirib ki, fəaliyyətə başladığı qısa müddət ərzində şirkət fermer məhsullarının daxili və xarici kanallar vasitəsilə satışını təşkil edib.

L.Məmmədovanın sözlərinə görə, şirkətin indiki planlarına “yaşıl bazarlar” şəbəkəsinin genişləndirilməsi daxildir:

“2020-ci ilədək “yaşıl bazar” adı verilən 5 fermer bazarı yaradılmalıdır. Bu bazarlardan biri artıq fəaliyyət göstərir, yaxın zamanlarda ikincisi açılacaq. İlin sonunadək “Kənddən şəhərə” brendi ilə daha 3 bazarın açılması planlaşdırılır”.

L.Məmmədova həmçinin “fermer kartları” barədə danışıb. Bu kartları ötən ilin noyabrından Dövlət Aqrar Ticarət Şirkəti “Kapital Bank”la birgə buraxır:

“Bu, bir növ fermerlərin əməkhaqqı kartıdır. Vacib məqam ondan ibarətdir ki, bu kartdan istifadə olunduqda hesabatlılıq yaranır. Fermer kartı istifadədə çox rahatdır. Ona görə də onun vasitəsilə məhsul satmaq istəyən fermerlərin sayı artır. Kartlar təkcə “Kənddən şəhərə” yarmarkalarında satış üçün deyil, həm də ixrac üçün təqdim olunur”

Şirkətin planları barədə danışan direktor bildirib ki, hazırda Dövlət Aqrar Ticarət Şirkəti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan ofisi ilə birgə qadınların kənd təsərrüfatı sahəsində iştirakı ilə bağlı layihənin reallaşdırılması ilə məşğuldur:

“Layihə çərçivəsində iki il müddətində biz aqrar sektorda fəal işləyən və bu sahədə sahibkarlığa maraq göstərən qadınlara dəstək göstərəcəyik. Biz onlara informasiya və maddi dəstək verəcəyik. Bizim əsas hədəfimiz qadın sahibkarların kənd təsərrüfatı sahəsində rolunu gücləndirmək və onlara istehsalı genişləndirməkdə kömək göstərməkdir”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı