Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Siyasət

“Putin Avropanı bölmək istəyir” – Zelenskidən qitəyi ayağa qaldıracaq açıqlama

10 mart / 13:07 3 dəq
Zelenski
10 mart / 13:07
Burada sizin reklamınız ola bilər

“Putin Ukrayna kimi, Avropanı da bölmək istəyir. Əminəm ki, Moldova, Gürcüstan, Baltikyanı ölkələr və hətta Polşa təhlükə altındadır. Rusiya başqa bir dövlətə hücum etmək imkanına sahibdirsə, bütün qitə təhlükə altındadır”.

 

“Qərb Xəbər” məlumat verir ki,  bunu Almaniyanın həftəlik “Die Zeit” qəzetinə açıqlamasında Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenski Rusiyanın ölkəsinə qarşı müharibəsində xalqının yanında olduğunu bildirib:

“Mənim üçün ən yaxşı qorunma budur. Rusiya işğala hazırlaşanda Putin ukraynalıların ölkəsini belə bir güclə müdafiə edəcəyinə inanmırdı. Kremlin, Sovet İttifaqının Hitlerə qarşı olduğu kimi, bu müharibənin bizim üçün bir vətənsevərlik müharibəsi olacağını gözləmirdi. Putinin adamları Ukraynanı tanımır, amma biz beləyik. Bu Qərbdəki bir çox insanın dərs alması lazım olan bir prinsipdir”.

Zelenski Kiyevdə olduğunu bildirib. O, ABŞ-ın onu ölkədən çıxarmağı təklif etməsi ilə bağlı da danışıb:

“Xeyr! Amerikalılar məni səhv tanıyıb, mən xalqımla qalıram”.

Ukrayna lideri Qərbin Ukraynaya hərbi dəstəyinin vaxtında yerinə yetirilmədiyini vurğulayıb:

“Bu olmadı. Dedim, Ukraynanı elə bir formada dəstəkləyin ki, təhlükəsizliyimiz təmin olunsun. Bu da edilmədi. İndi işğal altındayıq. Rus birlikləri şəhərlərimizi məhv edir, insanları küçələrdə güllələyir. Anlayırsınız? Hətta qaçqınları da öldürürlər. Raketləri iqamətgahları, universitetləri və kilsələri vurub. Bu, barbarlıqdır. Bəli, silah alırıq, amma barbarlıq qurtarmadığı üçün daha çoxuna ehtiyacımız var”.

Zelenski sanksiyaların kifayət etmədiyini söyləyib:

“Qərb şirkətləri hələ də müxtəlif bəhanələrdə Rusiya bazarında qalır. Bu sanksiyalar daha da sərtləşməlidir”.

Ukrayna Prezidenti Rusiyanın nüvə müharibəsi təhlükəsinin blef olduğunu düşünür:

“Qatil olmaq ayrı, intihar ayrı şeydir. Nüvə silahından hər hansı istifadə yalnız ondan istifadə edənin deyil, iştirak edən hər kəsin sonudur. Bunun əvəzinə Putinin hədəsi zəifliyini göstərir. O, nüvə silahından yalnız təhdid kimi istifadə edir. Mən əminəm ki, Rusiya nüvə silahından istifadə cəhdinin fəlakətli nəticələrindən xəbərdardır”.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı