Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Xəbər

Azərbaycan Ukraynadakı vətəndaşlarının təxliyyəsi üçün geniş heyət göndərir: Dövlət işçiləri səfərbər edilir

10 mart / 12:32 3 dəq
1555491096 xin
10 mart / 12:32
Burada sizin reklamınız ola bilər

Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədən həmsərhəd ölkələrə üz tutmuş Azərbaycan Respublikası vətəndaşları və onların digər ölkələrin vətəndaşları olan ailə üzvlərinin Azərbaycana təxliyə olunması istiqamətində davamlı tədbirlər görülür.

 

“Qərb Xəbər” Xarici İşlər Nazirliyinə istinadla məlumat verir ki,  indiyə qədər Rumıniyanın Buxarest və Yassi, Polşanın Katoviçe şəhərlərinə 12 çarter reysi və çoxlu sayda avtobus reysləri təşkil olunub.

 

Bildirilib ki, ümumilikdə, 5000 nəfərdən çox vətəndaşımız və onların ailə üzvləri Azərbaycana təxliyə olunub.

“Ukraynadan Moldovaya digər həmsərhəd ölkələrlə müqayisədə dəfələrlə çox sayda vətəndaşımızın keçməsi ilə əlaqədar olaraq təxliyə işlərinin sistemli və nizamlı şəkildə həyata keçirilməsi, habelə onlara yerində dəstək göstərilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin 17 nəfər əməkdaşından ibarət heyət martın 7-də Kişineu şəhərinə ezam olunub.

Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi və qeyd olunan dövlət orqanlarının nümayəndələrindən ibarət yaradılmış müvəqqəti əlaqələndirmə mərkəzi işə başlayıb.

Əlaqələndirmə mərkəzi tərəfindən Ukraynadan sərhədi keçərək Moldovanın müxtəlif yerlərində toplanmış vətəndaşlarımızın siyahıları tərtib olunur, onlarla Səfirlikdə və yerlərdə görüşlər keçirilir və ehtiyacları qiymətləndirilir, tibbi və digər yardımların göstərilməsi təmin olunur, vətənə qayıtmaq üçün sənədlər hazırlanır və çatışmayan səyahət sənədləri bərpa olunur, Azərbaycan dövləti tərəfindən göndərilən təxliyə çarter reysləri və avtobuslarla vətənə yola salınması təmin olunur.

Dünyada mövcud olan təcrübəyə uyğun olaraq təxliyə prosesində əsas prioritet uşaq, qadın, ahıl və əlillərə verilir.

Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə növbəti belə əlaqələndirmə qərargahı Polşada yaradılacaq. Bu məqsədlə martın 9-da qeyd olunan qurumların nümayəndələrindən ibarət heyət Polşanın Varşava və Katoviçe şəhərlərinə ezam olunub”, – qeyd olunub.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı