Rus əsgərləri Ukraynada azərbaycanlıları bombaladı – Soydaşlarımız köməksiz vəziyyətdə
Ukraynanın Xarkov şəhərini tərk etmək istəyən azərbaycanlı gənclərin videomüraciəti yayılıb.
“Qərb Xəbər” verir ki, gənclər videomüraciətdə hazırda Xarkov dəmiryolu vağzalında olduqlarını və şəhəri tərk etmək istədiklərini bildiriblər.
Onların sözlərinə görə, saxlandıqları vağzalda çoxlu sayda azərbaycanlı və başqa xarici vətəndaşlar da var.
Müraciət edərək şəhəri tərk etmək üçün kömək istəyən gənc həmçinin saxlandıqları dəmiryol vağzalının da mütəmadi olaraq bombardmana məruz qaldığını dilə gətirib.



