Qazax mərkəzi ticarət mərkəzində yanğın olub
Qazax rayon mərkəzi ticarət mərkəzində 3 geyim mağazasının yanması ilə nəticələnən yanğın olub.
Bu barədə “Qərb Xəbər“in hadisə yerindəki müxbiri məlumat verib.
Məlumata görə hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələri cəlb olunub. Yanğın söndürülüb.
Hadisəyə qısaqapanmanın səbəb olduğu ehtimal olunur.


Müəllif: Vüqar Mehdizadə
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı