Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
İqtisadiyyat

Uşaqpulu mərhələli şəkildə bərpa ediləcək – EKSPERT

12 mart / 18:05 2 dəq
1552389828 untitled
12 mart / 18:05
Burada sizin reklamınız ola bilər
“Üç yaşınadək uşaqlara sosial müavinətin verilməsi uşaqpulunun mərhələli şəkildə bərpası kimi qiymətləndirilməlidir”.
Bu sözləri 3 yaşa qədər uşaqlara verilən müavinətin artırılması məsələsi ilə bağlı danışan iqtisadçı alim Vüqar Bayramov deyib.
“Azərbaycan Prezidenti 3 yaşınadək uşaqların sosial müdafiəsinin gücləndirilməsi barədə tapşırıq verib. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təkliflərində də uşaqlar yaş qruplarına görə təsnifləşdirilir və 3 yaşınadək uşaqlara daha çox sosial müavinətin verilməsi xüsusi əsaslandırılır. Bu baxımdan 3 yaşınadək uşaqlara sosial müavinətin verilməsi uşaqpulunun mərhələli şəkildə bərpası kimi qiymətləndirilməlidir”, – iqtisadçı bildirib.
Ekspert qeyd edib ki, bu addım uşaqların sosial müdafiəsi baxımdan çox vacibdir:
“CESD-in təklifləri rasional və real imkanlar nəzərə alınmaqla hazırlanıb və sevindirici haldır ki, artıq proses başlayır. Dünən təklifimiz sosial şəbəkədə təqdim olunandan sonra uşaqpulu məsələsində fərqli yanaşmaların şahidi olduq və əslində bunu normal da qarşılayırıq. Amma bu gün başqa reallığı müşahidə etdik”.
Qeyd edək ki, Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Hadi Rəcəbli bugünkü iclasında Prezident İlham Əliyevin 3 yaşa qədər uşaqlara verilən müavinətin artırılması ilə bağlı tapşırıq verdiyini açıqlayıb.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı