Dünya

Moskvada müharibə əleyhdarları mitinq keçirir – Foto

24 fevral / 22:40 1 dəq
94DB778B AFB3 4D7B BD59 E97620B44B1B
24 fevral / 22:40
Burada sizin reklamınız ola bilər

Moskvanın mərkəzində insanlar müharibə əleyhinə mitinqə axışır.

“Qərb Xəbər”in məlumatına görə, metro stansiyaları bağlanır.

Mərkəzə rus milli qvardiyası və avtozak maşınlar cəlb edir.

Paylaşılan foto və videolarda insanların həyəcan və təşviş içində olduğu görünür.

Qeyd edək ki, Rusiya qüvvələri Ukraynaya genişmiqyaslı hərbi hücuma keçib, iri şəhərlərdə raket zərbələri və partlayışlar qeydə alınıb.

Rusiya Prezidenti Vladimir Putin xəbərdarlıq edib ki, hər kim Rusiyaya qarışmağa cəhd edərsə, Moskva “dərhal” cavab verəcək. Bundan əlavə, Putin Ukraynanın şərqindəki ukraynalı əsgərləri silahı yerə qoymağa və evlərinə qayıtmağa çağırıb.

94DB778B-AFB3-4D7B-BD59-E97620B44B1B5F1801B9-76F2-47D0-A949-62533761FE70

Paylaş
Burada sizin reklamınız ola bilər