Kateqoriyasız

Ermənistanda prezident seçkiləri keçiriləcək – Vaxt açıqlandı

24 fevral / 18:54 1 dəq
Ermeni parlamentosu
24 fevral / 18:54
Burada sizin reklamınız ola bilər

Ermənistan parlamenti martın 1-də başlayacaq növbəti sessiyasında ölkə prezidentini seçəcək.

 

“Qərb Xəbər” “Sputnik Armenia”ya istinadən məlumat verir ki, məsələnin sessiyanın gündəliyinə salınması ilə bağlı layihə parlamentin fevralın 28-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Prezident seçkiləri martın 1-də deyil, 2-si və ya 3-də keçiriləcək.

Qeyd edək ki, Ermənistan Prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini açıqlayıb. Fevralın 1-dən prezidentin səlahiyyətlərini parlamentin sədri Alen Simonyan icra edir. Yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryan hakim partiyadan prezidentliyə namizəd olub. Müxalifət isə prezident seçkilərini boykot edir və namizəd irəli sürmək niyyətində olmadığını açıqlayıb.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər