Türkiyə rəsmiləri Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb – Ərdoğan Putinlə telefonla danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Təhlükəsizlik Şurasını təcili iclasa çağırıb.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə “Sabah” qəzeti yazıb.
Bildirilib ki, toplantıda Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları müzakirə olunacaq.
Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.



