Nazir müavini Elnur Əliyev: Avropa İttifaqı Azərbaycanın əsas tərəfdaşı olub
“2021-ci ildə Avropa İttifaqı (Aİ) 15,2 milyard ABŞ dolları dəyərində dövriyyə ilə Azərbaycanın əsas ticarət tərəfdaşı olub”.
“Qərb Xəbər” məlumat verir ki, bunu Aİ-nın və Dünya Bankının (DB) Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) üzrə İnzibati Sazişi imzalaması mərasimində iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev bildirib.
O, həmçinin deyib ki, hazırda Azərbaycanda Aİ-dan olan 1 700-dən artıq şirkət fəaliyyət göstərir.
“Dünya Bankı ilə də sıx əməkdaşlığımız var. Bu vaxta qədər bu qurumdan 52 layihə üzər 4 milyard dollardan artıq dövlət zəmanətli investisiya cəlb etmişik”, – deyə nazir müavini əlavə edib.





