Azərbaycanda daha bir tanınmış məmura 320 minlik dövlət borcu ödədildi – Həyat yoldaşı ilə şirkət qurubmuş
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Mehdiyeva Qalina Yuriyevnanın təsisçilərindən olduğu “Fireland Vineyards” MMC-nin (“Odlar Yurdunun Üzümlükləri”) dövlət büdcəsinə böyük həcmdə vergi borcu olub.
“Qərb Xəbər” məlmuat verir ki, son 3 ay ərzində “Fireland Vineyards” MMC-nin vergi borcunun təxminən 2/3-si dövlət büdcəsinə ödənilib.
Belə ki, ötən ilin 11 oktyabr tarixində “Fireland Vineyards” MMC-nin dövlət büdcəsinə 451 min 128 manat 51 qəpik vergi borcu olub. Bu günə olan məlumata görə, “Fireland Vineyards” MMC-nin vergi borcu 125 min 601 manat 9 qəpik təşkil edir.




