Siyasət

Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib

5 fevral / 09:45 1 dəq
0e969552 bf50 3e16 858c b796515ae3e6
5 fevral / 09:45
Burada sizin reklamınız ola bilər

Son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti qadağan olunub.

Bu barədə “Qərb xəbər” Müdafiə Nazirliyinə istinadən xəbər verir.

“Hərbi qulluqçuların sağlamlığının qorunması və xəstəliyə yoluxma riskinin qarşısının alınması məqsədilə əsgər valideynləri və yaxınlarına hərbi hissələrə gəlməməyi, xüsusi ilə də fevralın 6-da keçirilməsi planlaşdırılan andiçmə mərasimlərində iştirak etməməyi tövsiyə edirik.
Vətəndaşlarımızı ordumuzda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamağa və karantin qaydalarına ciddi riayət etməyə çağırırıq”, – nazirlikdən qeyd olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər