Dağlıq Qarabağ münaqişəsi Tbilisidə müzakirə olunacaq
Mayın 13-14-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində VI Cənubi Qafqaz Təhlükəsizlik Forumu keçiriləcək.
Tədbirdə Cənubi Qafqaz və Qara dəniz bölgələrində baş verən proseslər, həll olunmamış münaqişələr, təhlükəsizliyə təhdidlər, “Şərq tərəfdaşlığı” proqramının gələcəyi və digər mövzular müzakirə olunacaq.
Foruma Gürcüstan, ABŞ, Avropanın bir neçə ölkəsi, Azərbaycan, Türkiyə, Ermənistandan olan ekspertlərlə yanaşı, diplomatik korpusun nümayəndələri, ekspertlər və dövlət rəsmiləri də qatılacaqlar.
Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş ayrıca sessiyanın təşkil olunacağı forumda Azərbaycandan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov iştirak edəcək.
Qeyd edək ki, Cənubi Qafqaz Təhlükəsizlik Forumu son illər ən aparıcı təhlükəsizlik platformalarından birinə çevrilməklə yanaşı, bölgədə təhlükəsizliklə bağlı debatlara ciddi təsir göstərir.



