Kateqoriyasız

“Omikron” ştamının yoluxduruculuğu hansı səviyyədədir?

30 noyabr / 15:00 1 dəq
3de0c4d6 df81 362b 9974 c6e78aef6279
30 noyabr / 15:00
Burada sizin reklamınız ola bilər

Yeni mutasiyanın inkişaf gedişatı və yoluxduruculuğu ilə bağlı məlumatların yaxın günlərdə bəlli olacağı gözlənilir.

“Qərb Xəbər”in xəbərinə görə, bu, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaydığı birgə məlumatda bildirilib.

“Vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, ölkənin səhiyyə qurumları yeni ştamı, dünya ölkələrinin mutasiyalarla bağlı təcrübələrini izləyir və yeni yoluxma hallarını nəzarətdə saxlayır.

Cənubi Afrikada aşkarlanan “Omikron” ştamına qısa müddətdə bir çox ölkələrdə: Böyük Britaniya, Hollandiya, Kanada, Danimarka, Almaniya, Belçika, Çexiya və İtaliyada rast gəlinib”, – qeyd olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər