Kateqoriyasız

Azərbaycanda “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib

29 noyabr / 16:30 1 dəq
1159492 bc2iypuv1j
29 noyabr / 16:30
Burada sizin reklamınız ola bilər

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

“Qərb Xəbər”in məlumatına görə, qanuna əsasən, ləğv edilmiş sovkoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyesterindən çıxarışın verilməsi üçün dövlət rüsumu tutulmayacaq.

Eyni zamanda “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq, ləğv edilmiş sovkoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxsiyyət şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə də dövlət rüsumu tutulmayacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər