Kateqoriyasız

Azərbaycanda daha 2 124 nəfər koronavirusa yoluxub

18 noyabr / 16:38 1 dəq
3c32742c 6de7 37a0 b456 61e5d92396c5
18 noyabr / 16:38
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2124 yeni yoluxma faktı qeydə alınıb, 2669 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 568 089 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 530 774 nəfər müalicə olunaraq sağalıb, 7551 nəfər vəfat edib, aktiv xəstə sayı 29 764 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 963, ötən müddət ərzində isə ümumilikdə 5 405 244 test aparılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər