Kateqoriyasız

Hərbçilərə qoyulan qadağa və məhdudiyyətlər – Siyahı

17 noyabr / 13:20 1 dəq
4ea2dbbc 3210 3e24 a00a 8166d65041eb
17 noyabr / 13:20
Burada sizin reklamınız ola bilər

Azərbaycanda hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar qoyulan qadağalar və məhdudiyyətləri müəyyənləşir.

“Qərb Xəbər”in məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, hərbi qulluqçulara aşağıdakılar qadağandır:

1. Tətil etmək;

2. Seçkili orqanlarda vəzifə tutmaq;

3. Siyasi partiyalara, QHT-lərə, dini qurumlara və həmkarlar ittifaqlarına üzv olmaq;

4. Yığıncaqlarda, nümayişlərdə, küçə yürüşlərində və piketlərdə iştirak etmək;

5. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;

6. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına mülki peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil almaq;

7. Daimi yaşamaq üçün xaricə getmək;

8. Siyasi və dini təbliğatla məşğul olmaq;

9. Dövlət sirrini yaymaq.

Paylaş
Burada sizin reklamınız ola bilər