Son Xəbərlər
Kateqoriyasız

Azərbaycanda 1 477 yeni yoluxma faktı qeydə alınıb

25 oktyabr / 17:09 1 dəq
49be8437 f0f0 3b1c a434 ad1390e9ac81
25 oktyabr / 17:09
Burada sizin reklamınız ola bilər

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 477 yeni yoluxma faktı qeydə alınıb, 628 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 517 802 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 485 232 nəfər müalicə olunaraq sağalıb, 6 915 nəfər vəfat edib. 25 655 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 183, bu günə qədər isə ümumilikdə 5 117 481 test icra olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər