Ağstafa

Vətən müharibəsi qəhrəmanı Azər Yusiflinin anım günüdür

21 oktyabr / 14:33 1 dəq
IMG 20211021 WA0010
21 oktyabr / 14:33
Burada sizin reklamınız ola bilər

Bu gün Vətən Müharibəsi qəhrəmanı şəhid Azər Nazim oğlu Yusiflinin anım günüdür.

“Qərb Xəbər” xəbər verir ki, Azər 1994-cü ildə mart ayının 28-i Ağstafa rayonun Böyük Kəsik kəndində ziyalı ailəsində anadan olub.

Oktyabrın 19-dan 20-nə keçən gecə Zəngilan şəhərinin azad olunmasından sonra Azər Yusifli şəhərə Azərbaycan bayrağını sancıb.

O, 2020-ci ilin oktyabrın 21-də Zəngilan istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının prezidenti tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Dünən Ağstafada Vətən Müharibəsi qəhrəmanı şəhid Azər Nazim oğlu Yusiflinin barelyefinin açılış mərasimi olub.

Paylaş
Burada sizin reklamınız ola bilər