Kateqoriyasız

Azərbaycan Ordusunun şəhid hərbçisi dəfn olunub

15 oktyabr / 13:55 1 dəq
Af190575 de47 3799 8cce c2a0734930af
15 oktyabr / 13:55
Burada sizin reklamınız ola bilər

Oktyabrın 14-də saat 18:15 radələrində erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əfqan Həmzəyev dəfn olunub.

“Report”-un məlumatına görə, onun cənazəsi Goranboy rayon Borsunlu kənd qəbiristanlığında torpağa tapşırılıb. 

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, hərbçilər və sakinlər iştirak ediblər.

Goranboy rayon Borsunlu kəndində anadan olan 19 yaşlı Əfqan Bəhman oğlu Həmzəyev 1 il öncə həqiqi hərbi xidmətə gedib və onun həqiqi hərbi xidməti başa vurmağa 6 ayı qalıbmış.

O, ailənin tək oğlu olub.

Allah rəhmət etsin!

Paylaş
Burada sizin reklamınız ola bilər