Kateqoriyasız

Şuşa istiqamətində atəşkəs pozulub

15 iyul / 11:21 1 dəq
Ee5cf63a99c61928909b91aa8a7b12ad
15 iyul / 11:21
Burada sizin reklamınız ola bilər

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub.

Müdafiyə Nazirliyinin yaydığı məlumata görə, atəş Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralananların olmadığı bildirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər