Siyasət

Belaruslu hərbçilər hərbi hissədə olub

7 may / 14:41 1 dəq
Belarus mn 070519
7 may / 14:41
Burada sizin reklamınız ola bilər

Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – Müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonevin rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissədə olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, qonaqlar ərazidəki hərbi infrastruktur, inzibati, xidməti binalar və qurğular, eləcə də əsgər yataqxanası, yeməkxana və hərbi texnika ilə tanış olublar.

Onlara şəxsi heyətin döyüş və xidməti vəzifələrini yerinə yetirməsi üçün yaradılan şərait barədə ətraflı məlumat verilib.

Paylaş
Burada sizin reklamınız ola bilər