Şəmkirdə sürüşmə zamanı torpağın altında qalanlar xilas olunub
Xəbər verdiyimiz kimi, Şəmkir rayonunda torpaq sürüşməsi baş verib. Baş verən hadisənin təfərrüatlarını təqdim edirik:
“Qərb Xəbər”in məlumatına görə, torpaq sürüşməsi hadisəsi həyətyanı sahədə subartezian quyusunun qazılması zamanı meydana gəlib.
Sürüşmə zamanı torpağın altında qalan iki nəfər yaralı xilas edilib. Həyatları üçün təhlükə olmadığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdiriliblər
Faktla bağlı araşdırma aparılır.




