Bölgə xəbərləri

“Azərsu” ASC: Tovuzda 18 min əhali susuz qala bilər – Video

12 may / 14:17 1 dəq
IMG 20210508
12 may / 14:17
Burada sizin reklamınız ola bilər

Tovuz rayonunun Yanıqlı kəndi ərazisindən keçən Zəyəm çayında daşqınlar meydana gəlib. Son zamanlar yağan intensiv yağışlar çayda suyun səviyyəsinin artmasına səbəb olub.

“Qərb Xəbər”in məlumatına görə, bu da bir sıra fəsadlara yol açıb. Belə ki, Tovuz rayonu və Qovlar şəhərinin əhalisi də daxil 18 min əhaliyə suyun verilməsində problemlər yaranıb.

Nəticədə əhaliyə suyun verilməsində fasilələr yaranıb. “Azərsu” ASC-dən aldığımız məlumata görə, belə getsə, sel və daşqınlar rayona çəkilən su borularına zərər verə, əhali isti yay günlərində susuz qala bilər.

Paylaş
Burada sizin reklamınız ola bilər