Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.