Kateqoriyasız

Təhsil Nazirliyi vətəndaşları videoformatda qəbul edəcək

15 fevral / 13:20 1 dəq
1beae149 9455 395e 8f01 d045a7e08122
15 fevral / 13:20
Burada sizin reklamınız ola bilər

Təhsil Nazirliyi bu gündən etibarən vətəndaş qəbulu prosesini videoqəbul formatında həyata keçirəcək.

Nazirliyin yaydığı məlumata görə, videoqəbulların təşkilində əsas məqsəd vətəndaş qəbulu prosesini səmərəli təşkil etməkdir.

Nazirliyin vəzifəli şəxslərinin qəbuluna yazılmaq istəyən vətəndaşlar Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng etməklə qəbula yazıla bilərlər. Videoqəbullarda müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” qanuna uyğun olaraq baxılacaq.

Qeyd edək ki, qəbul günləri haqqında məlumatları Telefon Məlumat Mərkəzinin əməkdaşlarından əldə edə bilərsiniz.

Paylaş
Burada sizin reklamınız ola bilər