Gələn həftə Azərbaycanda vaksinasiyaya başlanılacaq
Azərbaycanda vaksinasiyanın başlayacağı tarix açıqlanıb.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat yayıb.
“Gələn həftənin əvvəli Azərbaycanda vaksinasiya başlanılacaq. Sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatım yoxdur”, – İbrahim Məmmədov bildirib.



