Kateqoriyasız

Sabahın hava proqnozu açıqlandı

16 dekabr / 13:59 1 dəq
Fbc8c781 5d49 3665 93cb ccee2e000007
16 dekabr / 13:59
Burada sizin reklamınız ola bilər

Azərbaycanda dekabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, dekabrın 17-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər