Sosial

Tovuzda bıçaqlanan şəxs xəstəxanada ölüb

27 aprel / 22:40 1 dəq
27 aprel / 22:40
Burada sizin reklamınız ola bilər

Tovuzda bıçaqlanan şəxs xəstəxanada ölüb.

Məlumatına görə, aprelin 20-də rayon sakini, 70 yaşlı Cəlal Səməd oğlu Tağıyev bıçaq xəsarəti ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və bu gün xəstəxanada ölüb.

Hadisəni törədən, Yanıqlı kənd sakini, 1971-ci il təvəllüdlü Mikayıl Oktay oğlu Abdıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər