Bölgə xəbərləri

Qazax sakini narkotik maddə saxlamaqda şübhəli bilinir

30 noyabr / 15:17 1 dəq
Ff57cdf9 8272 3dac b1cc abe6efa4852a
30 noyabr / 15:17
Burada sizin reklamınız ola bilər

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli bilinən rayon sakini Namiq Abbasov saxlanılaraq RPŞ-yə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun yaydığı məlumata görə, onun üzərinə baxış keçirilən zaman əlindəki qara rəngli politelen torbanın içərisindən 445 qram, narkotik vasitə olan, qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı N. Abbasov narkotik vasitəni şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirib. Faktla bağlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər