Kateqoriyasız

Azərbaycanın Milli Qəhrəmanı vəfat edib

18 noyabr / 12:50 1 dəq
8928445d 0aa8 37cf acd3 0357f63c8ba9
18 noyabr / 12:50
Burada sizin reklamınız ola bilər

Birinci Qarabağ müharibəsinin veteranı, Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov vəfat edib.

“Report” xəbərinə görə, o, yol qəzasında aldığı xəsarətlərdən vəfat edib.

Belə ki, M.Həsənov noyabrın 9-da Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində yol qəzasına düşüb. Ağır xəsarət alan Milli Qəhrəman əvvəlcə Goranboy rayon Mərkəzi Xəstəxanasına, daha sonra Gəncə şəhər Beynəlxalq Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Lakin vəziyyəti ağır olduğuna görə onun həyatını xilas etmək mümkün olmayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər