Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə İbrahim Quliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası mayın 7-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il dekabrın 24-də Gəncə şəhərinin Məhsəti qəsəbəsi ərazisində baş verib. Həmin ərazidə İ.Quliyev şəhər sakini Elçin Həsənovu qətlə yetirib.