Kateqoriyasız

Ermənilər Tərtərə top mərmiləri atıb, evlər dağılıb

26 oktyabr / 13:34 1 dəq
C9950b76 3c79 3107 b565 84fe6b02ac4e
26 oktyabr / 13:34
Burada sizin reklamınız ola bilər

Ermənistan silahlı qüvvələri yenə humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub.

Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. 

Səhər saatlarından başlayaraq qarşı tərəf rayonun Qazyan kəndinə top mərmiləri ataraq dinc sakinləri hədəfə alıb. Nəticədə kənd sakinləri – Yasin Cəfərov və Fənər Balakişiyevanın evlərinə mərmilər düşüb və külli miqdarda ziyan dəyib.

Məlumata görə, sentyabrın 27-dən oktyabrın 26-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Qazyan kəndi ərazisinə ümumilikdə 500-dən artıq top mərmisi düşüb. Nəticədə 5 ev tamamilə dağılıb, 120-dən çox evə ziyan dəyib.

Paylaş
Burada sizin reklamınız ola bilər