Sosial

Geri dönən qış Tovuz rayonunun dağ kəndlərini qaranlığa qərq edib-Foto

24 aprel / 21:46 1 dəq
24 aprel / 21:46
Burada sizin reklamınız ola bilər

Tovuz rayonunun bir sıra dağlıq və dağətəyi kəndlərinə yağan qarın fəsadları olub.

Son dövrlər kəskin pisləşən hava şəraiti ölkəmizin bir sıra yerlərində təsərrüfatlara və insanların həyatına mənfi  təsir göstərib.Belə ki, aprel ayının 19-dan etibarənTovuz  rayonunun  Ağbulaq,Muncuqlu,Qoşa,Şıxheybət,Çatax,Pələkli, Hacılar,Qaralar,Cirdək,Çeşməli  və s.dağlıq kəndlərinə yağan qar aprel ayının 24-nə qədər davam edib. İntensiv yağan qar həmin kəndlərdə yaşayan on mindən çox əhaliyə elektrik enerjisinin verilməsində problemlər yaradıb.”Bölgənin səsi”nin yerli sakinlərdən aldığı məlumata görə elektrik enerjisinin verilişi hələ də bərpa edilməyib. Adı çəkilən kəndlərin sakinləri artıq altı gündür ki, qaranlığa qərq olublar. İnanırıq ki,aidiyyəti qurumlar təcili və təxirə salınmaz tədbirlər görəcəklər.

Paylaş
Burada sizin reklamınız ola bilər