Kateqoriyasız

Sabaha gözlənilən hava açıqlanıb

7 oktyabr / 13:04 2 dəq
5f84c53f 890f 3cac 8ced 19e0ff3c3751
7 oktyabr / 13:04
Burada sizin reklamınız ola bilər

Oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, sabah şimal-şərq küləyi əsəcək.  

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-21, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz  45-50 faiz olacaq.  

Oktyabrın 8-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı  yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-12, gündüz 18-22, dağlarda gecə 2-6, gündüz  8-11 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 8-9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. 

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı