Kateqoriyasız

Zakir Həsənov: “7 kənd işğaldan azad olunub”

27 sentyabr / 23:11 1 dəq
81957113 98ad 3c75 901d b54ebc70d781
27 sentyabr / 23:11
Burada sizin reklamınız ola bilər

“Əməliyyat şəraitini nəzərə alaraq ilk növbədə Sizə məruzə olunmuşdur və əməliyyat şəraitini nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirir. Əks-hücum nəticəsində düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub”.

“Qərb Xəbər”in məlumatına görə, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 27-də Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məruzə edərkən deyib.

“Azərbaycan Ordusu digər istiqamətlərdə də uğurlu əks-hücum əməliyyatı həyata keçirir və düşmən böyük itkilər verərək geri çəkilir. Düşmən o qədər də güclü görünmür və tam şəkildə geri çəkilir”, – Zakir Həsənov vurğulayıb. 

Paylaş
Burada sizin reklamınız ola bilər