Kateqoriyasız

Nazir tələbələri təbrik edib

25 sentyabr / 12:13 2 dəq
14bce18a b39c 3f81 a47a c4e2676afd78
25 sentyabr / 12:13
Burada sizin reklamınız ola bilər

Təhsil naziri Emin Əmrullayev bu il ali məktəblərə qəbul olunan tələbələrə təbrik ünvanlayıb.

“Qərb Xəbər”in məlumatına görə, təbrikdə deyilir:

“Əziz tələbə adını qazanan məzunlarımız,

Sizi bu münasibətlə ürəkdən təbrik edir, hər birinizə tələbəlik həyatında uğurlar arzulayıram.

Məlum olduğu kimi, bu tədris ili üzrə 42 731 nəfər tələbə adını qazanıb. Onlardan 20 799 nəfər dövlət sifarişi (49 faizə yaxın), 21 932 nəfər ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. İki nəfər isə maksimum nəticə göstərib. Qəbul olunan tələbələr arasında müsabiqədənkənar tələbə adını qazananların olması bizi çox sevindirir. Belə ki, onlardan 2 nəfər beynəlxalq, 28 nəfər respublika fənn olimpiadası, 74 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi, 10 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alanlardır.

Bir daha hər birinizin sevincini bölüşür, sizə daha böyük nailiyyətlər arzulayıram!”

Paylaş
Burada sizin reklamınız ola bilər