Bölgə xəbərləri

Tovuzun Bozalqanlı kəndində subartezian quyusu niyə quruyub? – Video

23 sentyabr / 11:21 1 dəq
55a70b4a 9c99 4afa be93 a7d72149e208
23 sentyabr / 11:21
Burada sizin reklamınız ola bilər

Tovuz rayonunun Bozalqanlı kənd sakinləri suvarma suyu sarıdan əziyyət çəkirlər.

Bu barədə “Qərb Xəbər”ə kənd sakinləri məlumat veriblər.

Belə ki, kəndi suvarma suyu ilə təmin edən subartezian quyusunda nasazlıq yarananda Tovuz subartezian quyularının istismarı idarəsi tərəfindən matoru dəyişdirilib və bundan sonra artezian əvvəlki kimi işləmir.

Sakinlərin dediyinə görə, onlar yaranmış problemlə əlaqədar Tovuz subartezian quyularının istismarı idarəsi rəisi Elxan Əsgərovun qəbulunda da olublar. Lakin, hələ də artezian əvvəlki gücündə işləmir.

Daha ətraflı video videomaterialda:

Paylaş
Burada sizin reklamınız ola bilər