Ağstafa

Qərb bölgəsində də əlillərə səyyar xidmət göstərilib

22 sentyabr / 11:27 1 dəq
Image 1600x1066 5f699959aeea6
22 sentyabr / 11:27
Burada sizin reklamınız ola bilər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi səyyar xidmətlərini Şəki, Zaqatala, Balakən, Qax, Quba, Qusar, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Sabirabad, Hacıqabul rayonlarında və Şirvan şəhərində davam etdirib.

“Qərb Xəbər”in məlumatına görə, 17 rayon üzrə 236 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları 1746 reabilitasiya vasitəsi Mərkəzin əməkdaşları tərəfindən həmin rayonlara aparılaraq verilib.

Bir neçə əlilliyi olan şəxsin müraciəti əsasında müayinələri aparılıb, müvafiq ölçülər götürülüb. Yaxın günlərdə onlara da reabilitasiya vasitələri veriləcək.

Ümumilikdə, bu ilin ötən dövründə respublikamızın müxtəlif bölgələri üzrə 866 əlilliyi olan şəxsə səyyar formada xidmətlər göstərilib. Ehtiyac duyduqları 5329 reabilitasiya vasitəsi yaşadıqları rayon və şəhərlərə, bir qisminə evlərinə aparılaraq təqdim edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər