İqtisadiyyat

İdxal bəyannaməsi verməyən şəxslər məsuliyyətə cəlb olunacaq

21 aprel / 11:54 1 dəq
21 aprel / 11:54
Burada sizin reklamınız ola bilər

“Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”da dəyişiklik edilib.

Nazirlər Kabinetinin qərarına əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim olunmalıdır.

Bildirilir ki, qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olacaq, lakin bu, gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmayacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər