Kateqoriyasız

Onlayn dərslərə görə hər ailəyə planşet veriləcək?

4 sentyabr / 15:04 1 dəq
Planshet 040920
4 sentyabr / 15:04
Burada sizin reklamınız ola bilər

Təhsil Nazirliyi onlayn dərslərin keçirilməsi üçün məktəbyaşlı uşağı olan hər ailəyə bu qurum tərəfindən bir planşetin veriləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, bu məlumat doğru deyil.

Pandemiya ilə əlaqədar siniflərdə əlavə partaların qoyulması, xüsusi nişanlarla işarə edilmə və s. kimi dəyişikliklərin edilib-edilməməsinə gəldikdə, TN-dən qeyd edilib ki, hazırda bu məsələ ilə bağlı İşçi qrup tərəfindən hazırlıq işləri aparılır.

Nazirlik bu barədə ictimaiyyətə məlumat veriləcəyini də açıqlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı