Sosial

Gürcüstandan Azərbaycana növbəti təxliyə yekunlaşıb

4 sentyabr / 12:39 1 dəq
05144bdb 8628 313d 9611 9a6646c1dd94
4 sentyabr / 12:39
Burada sizin reklamınız ola bilər

Gürcüstandan daha 281 nəfərin Azərbaycana təxliyəsi prosesi başa çatdırılıb.

“Report” xəbər verir ki, həmin şəxslər 5 avtobusla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılıb.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşlarının nəzarəti ilə vətəndaşların və soydaşların sərhədi növbəli şəkildə keçmələri təmin edilib.

Gürcüstandan Azərbaycana növbəti təxliyənin sentyabrın 8-də həyata keçirilməsi nəzərdə tutulub.

Paylaş
Burada sizin reklamınız ola bilər