Kateqoriyasız

Avqustun ortalarında sərin hava gözlənilir

13 avqust / 16:35 1 dəq
0c7cdb96 2dc2 3619 9c3c 36886ff7ee26
13 avqust / 16:35
Burada sizin reklamınız ola bilər

Avqust ayının ortalarında hava sərin keçəcək.

Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, ötən illərdən fərqli olaraq bu il 35 dərəcədən yüksək temperatur Bakıda yalnız 1 dəfə qeydə alınıb.

Ayın əvvəlindən bu günədək orta temperatur 5 gün ərzində iqlim normasından 2,3 dərəcəyədək aşağı olub.

Bu cür hava şəraiti Rusiyanın cənubundan Qara dəniz üzərindən bizim regiona atmosfer hava cəbhələrinin daxil olması ilə bağlıdır. Növbəti nisbətən sərin hava dalğasının təsiri avqustun 14-dən ikinci ongünlüyün sonunadək hiss olunacaq.

Belə ki, arabir güclənən şimal küləyinin fonunda havanın temperaturu çoxillik normadan aşağı enəcək. Paytaxtda maksimal temperatur 25-30 dərəcədən yüksək olmayacaq. Rayonlarda hava arabir yağışlı olacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər