Bölgə xəbərləri

Şəmkirdə 2 əmioğlu bıçaqlanıb, biri ölüb

27 iyul / 11:09 1 dəq
2380bb72 6bd8 3f8d 9e42 b6e63dc69f28
27 iyul / 11:09
Burada sizin reklamınız ola bilər

Şəmkirdə 1 nəfəri qətlə yetirən və daha 1 nəfəri isə ağır yaralayan şəxs saxlanılıb.

“Report”un məlumatına görə, Şəmkir rayon Sabir kənd sakinləri olan, Ruslan Nağıyev və onun əmisi oğlu Xaliq Nağıyev bıçaqlanaraq ağır xəsarət alıblar.

R.Nağıyev xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. X.Nağıyev isə ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən isə saxlanılıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb,  araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər