Dünya

Baxçalıdan açıq mesaj: “Türkiyədə növbədənkənar seçkilər…”

22 aprel / 16:00 1 dəq
Indir 2025 04 22t155935.597
22 aprel / 16:00
Burada sizin reklamınız ola bilər

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı ölkədə ehtimal erkən seçkilərlə bağlı açıq mesaj verib.

Qerbxeber.com Globalinfo.az istinadən xəbər verir ki, o, sözügedən prosesin vaxtında keçiriləcəyini deyib.

“Növbədənkənar seçkilərin hay-küyü ilə partiyamızı müzakirə etməyə çalışan, kiçik beyinləri ilə ağıl verməyə cəhd edən o çürüklərin həvəsi əbəsdir”, – Baxçalı bildirib.

MHP lideri həmçinin PKK-ya da çağırış edib:

“Yaxın zamanda silahlar təhvil veriləcək, əhatəli və demokratik siyasətin pərdəsi açılacaq, heç vaxt bağlanmayacaq. Ən məqbul variant silahların Türkiyə dövlətinə təhvil verilməsidir”.

Paylaş
Burada sizin reklamınız ola bilər