Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Tovuz döyüşləri haqqında

17 iyul / 12:21 4 dəq
FB IMG
17 iyul / 12:21
Burada sizin reklamınız ola bilər

Tovuz döyüşlərində diqqətimi cəlb edən məqamlar bunlardır:

1) Tovuz geosiyasi baxımdan Azərbaycanı Gürcüstan və Türkiyəyə bağlayan və regiondakı strateji tarazlığı yenidən formalaşdıran bütun mühüm strateji lahiyələrin keçdiyi rayondur. Erməni tərəfinin döyüşlərdə artileriya istifadəsi də həm də bu strateji lahiyələr üçün təhlükə doğurur və bu mənada da sadəcə bəsit döyüş taktikası deyil, həm də strateji seçimdir.

2) Gürcüstanda keçirilən son prezident və parlament seçkilərindəki nəticələr geosiyasi baxımdan Azərbaycan-Gürcüstan-Türkiyə xəttinin Tiflis ayağını sarsıtmışdır. Gürcüstanla son dövrdəki gərginliklərimiz və rəsmi Tiflisin son döyüşlə bağlı Azərbaycanla strateji əməkdaşlığa uyğun olmayan bəyanatı qonşu ölkədə seçkilərini bizim əleyhimizə ortaya çıxan ilkin geosiyasi nəticələrindəndir. Tovuza hücum bu sarsıntının Azərbaycan ayağında həyata keçirilmək istənən strateji həmlədir. Unutmayaq ki, ermənilərin tez-tez gərginlik yaratdığı Qazax və Naxçıvan da regiondakı geosiyasi tarazlıq üçün Tovuz bənzəri stratejik önəmə malikdir. Türkiyə tərəfinin xarici işlər naziri, müdafiə naziri və prezident səviyyəsində açıqlamaları da rəsmi Ankaranın məsələyə bu geosiyasi perspektivdən yanaşdığından xəbər verir.

3) Tovuzda gərginlik yaratmaq həm də işin içinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, daha da konkret olaraq Rusiyanı müdaxilə etdirmək üçün fürsət yaratma cəhdidir.

4) Azərbaycan tərəfinin həm savaş strategiyası, həm də strateji baxımdan Tovuzdakı döyüşə Qarabağ cəbhəsindən cavab verməsi ağıla və məntiqə ən uyğun olandır. Ancaq hələlik bu baş vermir. Bunu daxili siyasət və ya hakimiyyətin səhvi kimi yozanlar var. Mümkündür, ancaq iki ehtimal daha var:

  • a) Tovuzda baş verənlər Azərbaycandan istənilənləri etmədiyi üçün Rusiyanın “cəza” tədbirləri olmasın? Hakimiyyət daxilində çox açıq görünən güc mübarizəsi ilə Tovuz döyüşü arasında siyasi baxımdan bir əlaqə var? Fikrimcə rəsmilərin əlində bununla bağlı daha geniş bilgi ola bilər və bu bilginin Ankara ilə paylaşılması mümkündür. Türkiyənin prosesə aktiv reaksiyası da bu ehtimalı gücləndirir.
  • b) Tovuzda baş verənlər Azərbaycan Ordusunun Qarabağ cəbhəsində planladığı, ancaq Rusiyaya son anda məlum olan əməliyyat planını sabotaj etmə cəhdidir? Görəsən Azərbaycanli generalın şəhid edilməsi pis təsadüfdürmü, erməni kəşfiyyatının yerli səviyyədə uğurudurmu, yoxsa Rusiyanın Ermənistan ordusu ilə strateji bilgi paylaşımının nəticəsidirmi?

5) Tovuz Qarabağ müharibəsi boyunca Azərbaycan tərəfinin ən güclü müqavimət göstərdiyi və səhv eləmirəmsə, heç ərazi itirmədiyi bölgələrdən (digəri Tərtər) biridir. Bu cəbhədə hücum etmək erməni tərəfinin hərbi-psikolojik üstünlük qazanmaq cəhdidir. Unutmayaq ki, Rusiya meyilli olduğu deyilən Ermənistan müdafiə naziri Tonayan qısa müddət əvvəl öz tvitter səhifəsində yeni yerlərin işğalından danışıb.

6) Tovuz döyüşü Azərbaycan ordusunda zabit heyətinin aktiv döyüş bölgəsində general səviyyəsində ön cəbhədə olduğunun işarəsidir. Düzdür general, polkovnik və mayor səviyyəsində şəhid verilməsi həm ordu üçün strateji itkidir, həm insani faciədir. Ancaq məsələnin digər tərəfi də var. Bir ordunun generalı da ön cəbhədə şəhid olmağa hazırdırsa və olursa, bu həmin ordunun döyüş ruhunun və vətən sevgisinin yetərincə yüksək olduğunu göstərir. Bu həm də orduda və xalq arasında müəyyən mənada mövcud olan “orduda sadəcə əsgərlər ölür” vəya “orduda sadəcə portfel generalları var” kimi zərərli yanaşmaları ortadan qaldıran prosesdir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı